Qazax rayonunda “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihənin icrası yekunlaşdı- Özəl

172

Sosialmedia.az xəbər verir ki, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 01-03.03.2023-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində Qazax rayonundan olan üc sentyabr Şəhidlərimizin – Baş leytenant Kazımov Yunis Qasım oğlu, Baş gizir Məmmədov Azər Mustafa oğlu və gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunuş mini futbol üzrə turnir keçirmişdir.

03.03.2023-cü il tarixdə turnirin final qarşılaşmaları olmuşdur . İlk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların və Türkiyədə zərzələ nəticəsində həlak olmuş vətandaşların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.

Layihənin rəhbəri,əməkdar məşqci Azər Əliyev tədbir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrindən olan Şəhidlərimizin xatirəsini daima uca tutmağı bildirmişdir, gəncləri pis vərdişlərdən uzaq olmağa və bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.

Daha sonra ardıcıllıqla çıxış edənlər Şəhid Kazımov Yunisin atası Kazımov Qasım , Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayonu üzrə sədri Balayev Xasay, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayonu üzrə sədr müavini Alıyev Namiq , Şəhid Məmmədov Azərin atası Məmmədov Mustafa , Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Suleymanov İsmayıl , veteran Məmmədov Azər , Qazax Gəncləri FK rəhbəri Rayət Əliyev Şəhidlərimiz haqda ətraflı danışaraq turnir iştirakçılarına uğurlar arzuladılar .

Turnirin final mərhələsində ümumilikdə 60-dan cox gənc iştirak etmişdir və turnir Qəhramanlar Unudulmur devizi altında keçirilmişdir.

Cıxışlardan sonra final ğörüşünə start verildi. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:

Ücüncü yer uğrunda görüş – Şəhər № 1 3 – 3 Kosalar (pen 4-3)

Birinci yer uğrunda görüş – Məktəb-licey 0 – 2 Qazaxbəyli

Yekun nəticələr:

I yer – Qazaxbəyli komandası

II yer – Məktəb-licey komandası

III yer – Şəhər № 1 komandası

Turnirdə iştirak edən qonaqlar fərqlənən komandaların mükafatlandırılmasında iştirak etdilər və təşkilat komitəsinə öz minnətdarlığını bildirdilər. Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili , onların sağlam həyat tərzini secmələrinə təkan vermişdir.

Turnir sonunda iştırakçılar Azərbaycan Respublikasının Gənclər Fonduna turnirə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.

#AzGF #GənclərFondu #gəncliyintəşəbbüsü #GTMİB