Pakistanda polis maşınına hücumda 9 ölü, 9 yaralı-ÖZƏL

131

Sosialmedia.az xəbər verir ki, Pakistanın Bolan şəhərində törədilən bombalı hücumda 9 polis həyatını itirib, 9 polis isə yaralanıb.
Pakistanın Bəlucistan əyalətinin Bolan şəhərində polis maşınına bombalı Hücum təşkil edilib .

Polisdən verilən açıqlamada, təcavüzkarın bomba yüklü motosikleti ilə polis maşınına çarpdığı qeyd edilib.

Polis Mehmood Notezai bildirib ki, hücum nəticəsində Bəlucistan Polis Xidmətindən 9 polis həlak olub, 9 polis yaralanıb.

Kambri körpüsü yaxınlığında baş verən hücumda yaralanan polislər xəstəxanaya aparılıb.

Notezai bomba zərərsizləşdirmə qruplarının hadisə yerinə gəldiyini və ərazidə axtarış işlərinin davam etdiyini bildirib.