Bakıda İrana işləyən daha bir nəfər həbs edildi- Özəl

153

Sosialmedia.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev saxlanılıb.

Onun üzərinə və əlində olan bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.