Gürcüstan parlamenti etiraz aksiyalarının keçirilməsinə səbəb olan qanunu geri çəkib- Özəl

77

Sosialmedia.az xəbər verir ki, Gürcüstan parlamenti etiraz aksiyalarının keçirilməsinə səbəb olan “xarici agentlər” haqqında qanunu geri çəkib.

Gürcüstan hökuməti qalmaqallı qanun layihəsini geri götürdü.

“Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun ilk iclasda qəbul edilməsi ölkənin Avropa kursundan dönməsi kimi təqdim olundu.

Cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hakim qüvvə olaraq, heç bir razılıq olmadan, qeyd-şərtsiz, dəstəklədiyimiz qanun layihəsini geri götürmək qərarına gəldik”, – deyə bəyanatda vurğulanıb