“Ailə modeli” mövzusunda Ucar rayonunda müzakirələr keçirildi-Özəl

880

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin növbəti təlimi Ucar rayonu Gənclər Evində keçirilmişdir.

Bu barədə Sosialmedia.az- Birliyin rəhbəri Samirə Mustafayeva məlumat verib.

Onun sòzlərinə gōrə təlimçi – Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Əhədova iştirakçılarla interaktiv təlim metoduna üstünlük verərək “ Ailə modeli” mövzusunda müzakirələr aparıb . İki gün davam edən təlimdə müxtəlif yaş kateqoriyalı iştirakçılarla müzakirələr zamanı ailə modeli necə olmalı , xoşbəxtliyin əsas amilləri , ailədə kişi və qadınlarln rolu və öhdəlikləri ətrafında söhbətlər aparılıb. Ailələr və gənclərin gələcək ailələrinin xoşbəxt , mehriban və uzunömürlü olması istiqamətində tövsiyyələr verilib . Qarşılıqlı sual – cavab əsasında gənclərin hətta öz valideynləri ilə münasibətləri ətrafında da söhbət aparılıb. Təlimlərin uğurlu gedişatı gənc və yeniyetmələri həvəsləndirərək bu mövzuya daha çox diqqət etmələrinə zəmin yaradıb.Layihə üzrə ekspert Nailə İsmayılova iştirakçılara layihənin yüksək səviyyədə icrasıyla bağlı məlumat verdi. O, öz çıxışında bu gün müasir Azərbaycan ailə modelinin, eyni zamanda ailələrimizin milli-mənəvi dəyərlərimizin qorunması üçün cəmiyyətin üzərinə böyük işlərin düşdüyünü xüsusilə qeyd etdi. Ucar rayon Gənclər və idman İdarəsinin rəisi Əhliman İbrahimov çıxışında belə bir mövzunun gündəmə gətirdiyi və belə bir layihənin həyata keçirilməsində zəhməti olan hər kəsə təşəkkür etdi.