Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmişdir- Özəl

813

Sosialmedia.az xəbər verir ki, mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılmışdır.

Sosialmedia.az xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilmişdir.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.