Milli Məclisin plenar iclasında- Özəl

98

Sosialmedia.az xəbər verir ki, aprelin 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyə 20 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədədir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilib.

Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsrail Dövlətində səfirliyinin açılmasından narahat olur.