Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə tədbiri keçirilib – Özəl

80

Aşağı Tala kəndində müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.

Sosialmedia.az xəbər verir ki, “Yeni Fikir” JHİB “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirmişdi. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdı. Layihə rəhbəri Elmira Mehdiyeva layihə barədə ətraflı məlumat vermiş və qeyd etmişdi ki, şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının da dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirilməsinə ehtiyacı vardır. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.

Layihənin eksperti İbrahimm İbrahimov diqqəti əsasən iştirakçıların sosial qanunvericiliklə bağlı maariflənməsinə çəkmişdir. O qeyd edir ki, Şəhid ailələri və Qarabağ müharibəsi veteranları arasında heç bir fərq qoymaq olmaz. 1990-cı il 20 yanvar hadisələrində, I Qarabağ müharibəsində və Vətən Müharibəsində olan şəhid ailələrinə və veteranlarına dövlətimiz tərəfindən heç bir fərq qoyulmur.

Bunların hamısı vətənə xidmətdir və dövlətimiz qanunla hamıya eyni müavinət verir, eyni status verilir. Şəhid ailələrinə dövlətimiz tərəfindən mənzil, veteranalara avtomobil verilir. Bundan əlavə olaraq, veteranların müalicəsini dövlətimiz öz üzərinə götürür. Onlara dövlət tərəfindən verilən müavinət artırılır, Prezident təqaüdü verilir, sosial özünüməşğulluq proqramına cəlb edilir. Vətən Müharibəsi veteranları da özünüməşğulluq proqramına cəlb edilməlidir. Bütün proqramlarda da müharibə veteranları və şəhid ailələri ilk öncülük təşkil etməlidir.
3-cü qrup əlil Murad Əlicanov, veteranlardan Məhəmməd İmanov və başqaları fikirlərini bildirirlər.

Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov şöbənin fəaliyyətindən, veteranlarla işi necə qurmalarından ətraflı məlumat verir.
Aşağı Tala bələdiyyəsinin sədri Vüqar Abdurahmanov və icra nümayəndəsi Cərullah Qurbanov da bildirirlər ki, istər birinci Qarabağ savaşının olsun , ustər 44 günlük müharibənin qazilərinin, veteranlarının və şəhid ailələrinin hər daim yanında olmağa, onların problemlərini imkan daxilində həll etməyə çalışırıq. Bu bizim hər birimizin borcudur.

Çay süfrəsi arxasında davam edən müzakirələrdə iştirakçılar tədbirdən razı qaldıqlarını və belə maarifləndirici tədbirlərə həqiqətən ehtiyac olduğunu vurğulamışlar.