Arzum olub ki, son yürüşümü Ulu Öndərin 100 illiyinə həsr edəcəm- Özəl

270

Sosialmedia.az xəbər verir ki, birinci qurup əlil arabası istifadəçisi,idmaçı əslən Qəbələ rayonun sakini Rizvanlı Elşən Vaqif oğlu 5 may 2023 cü il tarixiləri Qəbələ rayonundan Bakı şəhərinə əlil arabasında yürüş marafonuna start verdi. Yürüş, Ulu Öndər, Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunubdur. Bu yürüşdə İdmacımızı həkim heyəti və köməkcisi müşayət edəcəkdir. Yürüş 5 gün davam edəcək və son olaraq Bakı şəhəri, fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməklə tamamlanacaq.

Qeyd edəki,Elşən Rizvanlı bundan əvvəl də eyniylə yürüş marafonuna qoşulub Ulu Öndərin anadan olmasının 88 və 90-cı ildönümünə həsr olunmuş Qəbələ-Bakı yürüşünün ismaçısı olub. (2011 və 2013 illər)

Elşən Rizvanlının dediklərinə görə 220 km yolu əlil arabasında qət etməyimin səbəbi arzum olub bu, mənim son yürüş marafonudu və əlilik qazandıqdan sonra arzum olub ki,son yürüşümü Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcəm.
Təsadüfü olaraq bu arzumun həyata keçməsi məni iki qat iki qat sevindirir ki, 100 illikə yanaşı Cənab Prizdent İlham Əliyevin sərəncamı ilə 2023 Dahi şəxsiyət,Azərbacanın xilaskarı Heydər Əliyev ili elan olunub.