Yeriyən Daşlar haqqında-Özəl

192

Sosialmedi.az xəbər verir ki, ABŞ-nın Kaliforniya ştatında yerləşən “Ölüm vadisi” adlanan ərazidə olduqca qəribə bir hadisə baş verir. Belə ki, burada yerləşən daşlar bəzən kilometrlərlə yol qət edə bilirlər.

Həm kiçik, həm də iri və çox ağır daşlar gah dalğavari, gah ziqzaq, gah da düz xətt üzrə vadi boyu yeriyirlər. Yeriyən daşlar ilk dəfə aşkar edildikdə elm dünyasında böyük səs-səda doğurmuş, lakin sonradan melum olmuşdur ki, mart ayında ətrafdakı dağlara yağan qar incə təbəqə şəklində vadiyə axır, gecə vaxtı daşların altına su dolur və beləliklə, buz halqası meydana gətirir.

Aprel ayında isə vadiyə ikinci dəfə incə su təbəqəsi axdıqda daşın altında qalan buz halqaları bir növ qayıq kimi daşların suyun üzərində “üzməsinə” səbəb olur. Buz halqaları şüşə kimi möhkəm olduğuna görə, vadinin üzərində iz qoyur, ancaq sonra əriyərək yox olduqda geridə ancaq daşlar və daşların “yeridiyi” cığırlar qalır.