Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Medvedevin ritorikasını “ehtiyatsız və məsuliyyətsiz” adlandırıb -Özəl

209

Sosialmedia.az xəbər verir ki, ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Medvedevin ritorikasını “ehtiyatsız və məsuliyyətsiz” adlandırıb və vurğulayıb ki, Vaşinqton indiyə qədər Rusiyanın nüvə zərbəsi endirilməsinə dair heç bir əlamət görməyib.

Bazar günü özünün Teleqram kanalında Medvedev Ukraynanın əks-hücumundan qorxaraq yazıb: “Əgər təsəvvür etsək ki, NATO-nun dəstəyi ilə ukrobanderaların (ukraynalılar – red.) hücumu uğur qazanıb və onlar torpaqlarımızın bir hissəsini ələ keçiriblər, onda biz Rusiya prezidentinin fərmanının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacaq”.