Sığınacaqda daha iki təlim – FOTOLAR- Özəl

186

Sosialmedia.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sığınacaqların potensialının artırılması” layihəsi çərçivəsində təlimlər keçirir.

Layihənin icra müddəti 3 ay, əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir. Layihənin icra yeri “Təmiz Dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqdır.

Layihə müraciətində əsas hüquqi istinad 2020 – 2024 cü illlər üzrə Milli Fəaliyyət Planında 4.4. –cü İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi bəndinin 4.4.4 və 4.4.6 yarımbəndlərində, qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosial yönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılmasıdır.

Layihə üzrə nəzərdə tutulan fəaliyyət çərçivsəSində ictimaiyyətin və tərəfdaş dövlət qurumunun məlumatlandırılması icra planına uyğun həyata keçirilib. Hazırda sığınacaqda məskunlaşmış 30 nəfər potensial, ehtimal edilən, insan alveri qurbanı olan qadın və uşaqlar arasında təlimlər davam edir. Həftənin hər altı və bazar günləri müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırılır.

Sakinlər üçün üçüncü və dördüncü təlimlərin mövzusu “aqressiyanın idarə edilməsi”, “həssas qruplar üçün xidmətlər haqqında məlumat” olub. O cümlədən, layihə müddətində, yəni 3 ay ərzində potensial, ehtimal edilən və insan alveri qurbanlarının aşkarlanması, xidmətə cəlb edilməsi, aşkarlanan ehtimal edilən qurbanların DİN-in İAQMBİ istiqamətləndirilməsi də paralel aparılır. Sığınacaq xidmətlərdindən bəhrələnmiş şəxslərə inteqrasiya prosesinə dəstəyin göstərilməsi də xidmət paketinə daxildir.