Mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib-Özəl

254

Sosialmedia.az xəbər verir ki, Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.