Günərzi Qayğı Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi-Özəl

382

Sosialmedia.az xəbər verir ki, İstedadlı Əlillər İctimai Birliyi tərəfindən Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil etdi.

İstedadlı Əlillər İctimai Birliyi tərəfindən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.

Tədbirdə ilk öncə dövlət himni səsləndirildi. Sonra mərkəzin rəhbəri Qubad Qasımov çıxışında uşaqları “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik etdi, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzuladı.

Daha sonra uşaqların ifasında Yeni ilə həsr olunmuş ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər alqışlarla qarşılandı. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənildi.
Şaxta babanın və klounun hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların daha da sevincinə səbəb oldu.

Tədbirin sonunda Samux rayon Günərzi Qayğı Mərkəzinin rəhbəri Qubad Qasımov layihəyə və layihə müddətində tədbirlərin təşkilində dəstək göstərən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudova öz təşəkkürünü bildirdi.