Suriyanın şimalında, “Barış bulağı” ərazisində 24 terrorçu məhv edilib.
SosialMedia.az–ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, PKK/YPG terror təşkilatının “Barış bulağı” ərazisində təhlükəsizlik və sabitlik şəraitini pozma cəhdlərinin qarşısı uğurlu əməliyyat nəticəsində alınıb.