ABŞ administrasiyası tarixin qorunmasının tərəfdarıdır və xalqın abidələrin sökülməsinə qarşı olduğunu bildirir.
Sosialmedia.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Keyli Makineni deyib.
“Amerikalılar abidələrin sökülməsinə qarşıdır. Harvard-Harris Araşdırma Xidmətinin ötənhəftəki sorğusuna əsasən, respondentlərin 60 faizi abidələrin qalmalı olduğunu deyib, 71 faizi isə düşünür ki, yerli hakimiyyət orqanları abidələrin sökülməsinə qarşı çıxmalıdır. Biz tarixin qorunmasının tərəfdarıyıq”, – deyə Makineni bildirib.
Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra ölkənin bir çox şəhərlərində qarşıdurmalar yaşanmışdı.
Qarşıdurmalar zamanı bir sıra tarixi şəxsiyyətlərin abidələrinə də hücumlar olmuş, onların sökülməsi təşəbbüsləri irəli sürülmüşdü.