Türk həkim: Korona gəncləri də öldürür

144

Xəstəxanalarda 40-50 yaşlarında ağır koronavirus xəstələrinin sayı artmaqdadır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Türkiyənin Ərol Olçok Tədris və Araşdırma Xəstəxanasının baş həkimi, prof.dr. Murad Sezikli deyib.

“Ağır xəstələrimizin arasında gənclər də var. Əvvəllər “Daha çox yaşlı xəstələr yatır” desək də, artıq gənclərə də bunu şamil etmək olar. Koronavirusun işçi qüvvəyə ağır təsirlərini nəzərə alaraq, xalqımız mümkün olduğu qədər qorunmaq tədbirlərini davam etdirməlidir”, – deyə həkim bildirib.