Metronun “Neftçilər” stansiyasının qarşısında anasını qətlə yetirən 15 yaşlı məktəbli hansı məsuliyyət daşıyır? Onun yetkinlik yaşına çatmaması işlədiyi cinayətə görə məsuliyyətini azaldırmı?
Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşunas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov yeniyetmənin 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağını bildirib.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi müəyyənləşdirilmişdir. Belə ki, CM-in 20.2-ci maddəsinə görə, on dörd yaşı tamam olmuş şəxs qəsdən adamöldürməyə görə cinayət məsuliyyətinə cəlb edilir.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə isə, qəsdən adamöldürmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, – hüquqşünas qeyd edib.