Restoranlarda əlavə alınan “xidmət haqqı” hara gedir?

172

Bir çox ölkədə restoranlarda xidmət haqqı tətbiq olunur. Azərbaycanda isə bu, çox geniş yayılmayıb. Bəzi restoranlar hesaba salırlar, bəziləri yox.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli restoranlarda hesabın üzərinə 10 və ya 20 faiz əlavə olunması haqda danışarkən deyib.

O bildirib ki, nə qədər “çay pulu” saxlamaq, adətən, müştərinin özündən asılı olur:

“Azərbaycanda bunu tənzimləyəcək hansısa bir qanun yoxdur, yaxud hansısa bir qanunlara istinad edib bu məsələni tənzimləmək mümkün deyil. O vəsaitin işçilərə çatıb-çatmaması da hansısa bir formada tənzimlənmir. Amma bəzi ölkələrdə buna işçilərin özlərinin nəzarət etmək imkanı olur. Yəni onların həmkarlar komitəsi və s. qurumlar olur ki, onlar bu proseslərə nəzarət edirlər. Azərbaycanda isə belə bir mexanizm yoxdur deyə, sırf bu məsələylə bağlı xaotik bir vəziyyət yaranıb. Eləcə də o xidmət haqqının rəsmi yığıldığı restoranlarda onun sonrakı taleyi haqqında hansısa bir məlumat yoxdur. Ona görə də bu məsələdə bir nizam yaratmağa ehtiyac var”, – iqtisadçı deyib.