Tovuzda notarius qarət edilib – FOTO

362

Saat 13:24

 Tovuzda notarius qarət edilib.

SosialMedia.az-ın verdiyi xəbərə görə, hadisə ötən gecə qeydə alınıb. Rayonun Nizami küçəsində yerləşən notariusa qapını qıraraq daxil olan naməlum şəxslər oradan pul aparıblar.

Baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.