Türkiyəni təhdid edənlərə göz yummayacağıq – Rusiya

254

Türkiyə ilə Rusiya Soçi anlaşmasına sadiqdir və İdlibdə silahlı qruplaşmaların təxribatına göz yummayacaq.

SosialMedia.az xəbər verir ki, bunu İngiltərənin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Karen Piersin iddialarına cavab verən Rusiyanın London səfirliyi bildirib.

“İki ölkənin hərbçiləri ünsiyyəti davam etdirir və Suriyanın bu bölgəsində zorakılığın və qeyri-sabitliyin artmasının qarşısını almaq üçün fəaliyyətlərini koordinasiya edir. Ancaq Moskva və Ankara Türkiyə torpaqlarını, Rusiyanın Hmeymim bazasını, Suriya əsgərlərini və vətəndaşlarını təhdid edən silahlı qruplaşmaların təxribatına göz yummayacaq”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Piers Rusiyanı İdlibdə sabitliyin təmin olunmasına yönəlik razılaşmaları pozmaqda, xəstəxanaları və digər mülki obyektləri vurmaqda ittiham edib.