Teatr mövsümü “Şuşa”da açılacaq

57

Bu il Azərbaycanda teatr mövsümü Şuşa Dövlət Musiqili Dram Teatrının yeni təmir edilən binasında olacaq.

 

SosialMedia.az- ın xəbərinə görə, bu barədə bugünkü mətbuat konfransında mədəniyyət naziri Əbükfəs Qarayev məlumat verib: “ Sentyabrın 17-də orada mövsümün açılışını edəcəyik”,- deyən nazir hazırda buna hazırlıq getdiyini vurğulayıb.

 

Onu da deyək ki, artıq hər il teatr mövsümünün açılışını bir bölgə teatrının binasında qeyd etmək ənənə halını alıb. Bundan əvvəlki iki teatr mövsümünün açılışı Sumqayıt və Gəncə teatrlarında olub.