Hacıqabulda 3 otaqlı ev yanıb

186

Hacıqabul rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SosialMedia.az-a verilən xəbərə görə, rayonun Birinci Meyniman kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.