BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

148

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən SosialMedia.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.