Sumqayıtda yolu keçmək istəyən kişi və qadını maşın vurub

256

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolunu keçmək istəyən piyadalar – 1963-cü il təvəllüdlü İsgəndərova Ellada Vahid qızı və 1957-ci il təvəllüdlü Yusifov Nadir Təhsil oğlunu avtomobil vurub.

Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.