Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki

439

31 Dekabr – Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik günü və Yeni il bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki

Hörmətli həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik, əməkdaşlıq, qarşılıqlı qayğı və qardaşlıq rəmzi olan 31 Dekabr və Yeni İl münasibətilə ürəkdən təbrik edir, xalqımıza, o cümlədən Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və istəklərimi çatdırıram.

Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik günü xalqımız tərəfindən əlamətdar tarixi hadisə kimi hər il dekabr ayının 31-də böyük coşqu və təmtəraqla qeyd olunur. Ona dərin ictimai-siyasi məzmun və dəyər verən amillərdən biri də onun Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin adı ilə bağlı olmasıdı. Ulu öndərin tövsiyə, təşəbbüs və təşkilatçılığı ilə təşəkkül tapmış Dünya Azərbaycanlıların Beynəlxalq Həmrəylik günü dünyanın ümumbəşəri dəyərləri ilə səsləşən, olduqca humanist məzmun kəsb edir, milli vəhdət və milli tamlıq bayramı kimi qəlbimizə və düşüncələrimizə sevinc gətirir.

Ciddi təməl prinsiplərinə və ənənələrə söykənən Həmrəylik günümüz ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir, Dünyanın müxtəlif coğrafi məkanda yaşayan 50 milyonluq xalqımızın, müstəqil dövlətimizin ətrafında sıx birliyinin təmin olunması yolunda əhəmiyyətli addımlar atılır.

Əziz və dəyərli həmvətənlər!

Sizi, bir daha qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Milli Həmrəylik bayramımız və Yeni ilimiz mübarək!

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru