Terror hücumunda 4 türk hərbçi şəhid olub

127

Türkiyənin Barış bulağı hərbi əməliyyatları çərçivəsində 4 türk hərbçisi şəhid olub.

SosialMedia.az-ın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna qonşu olan Suriyanın Rasulayn bölgəsindəki Türkiyənin nəzarət nöqtəsinə içərisində bomba yerləşdirilmiş avtomobillə terror hücumu olub. Avtomobildəki təhlükənin qarşısını almaq üçün yaxınlaşan 4 hərbçi güclü partlama nəticəsində vəfat ediblər.