Nailə İsmayılovanın seçicilərlə görüşləri davam edir

429

SosialMedia.az xəbər verir ki, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova seçiciləri ilə görüşlərini davam etdirir.

Bu gün Mingəçevirdə və Yevlaxın kəndlərində seçicilərlə görüşdüm, onlarla fikirlərimizi bölüşdük. Hər bir seçicinin fikri mənim üçün çox önəmlidir.
Mingəçevirdə doğulub böyümüşəm, məktəbə getmişəm, uşaqlığımın bir hissəsini Yevlaxın kəndində yaşaylb, təhsil almışam, 8 illik təhsilimi kənddə başa vurduqdan sonra orta məktəbi Mingəçevirdə bitirmişəm. Şəhərdə və kənddə təhsil almağı məndən yaxşı heç kəs müqayisə edə bilməz. Şəhərin asfalt yollarında təmiz ayaqqabıyla və kənddə palçıqlı rezin çəkmələrlə məktəbə getməyin nə olduğunu çox gözəl bilirəm. Mən həyat dərsimi uşaqlığımda almışam. Kimsə mənə həyat dərsi də keçə bilməz!…
Görüşlər davam edir…