Aynur Məmmədova seçiciləri ilə görüşlərini davam etdirir

421

SosialMedia.az xəbər verir ki, 91 saylı Seçki Dairəsindən deputatlığa namizəd, “Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai birliyinin sədri Aynur Məmmədova seçiciləri ilə görüşlərini davam etdirir.

Təbliğatımı ilk əlilliyi olan şəxslərin evində aparıram.Çünkü əlilliyi olan insanlar mənim özümə daha yaxındır. İlk ruhi xəstəlikdən əziyyət çəkən,lakin buna baxmayaraq 2-ci dərəcəli əlillik verilən xanımın evində oldum. Bu məsələ ilə bağlı ciddi araşdırmamı aparacam.

Növbəti görüşüm Ucar rayon sakini Qəndilə xanımın evində baş tutdu. Onun başına gələn faciə məni çox sarsıtdı, çox zəhmətkeş qadın olub bazarda tum satıb əzab əziyyətlə beş qız uşağı böyüdüb.

Uşaqardan biri 16 yaşında evləri yanarkən həlak olub. Hal hazırda Qəndilə xanım həm şəkər xəstəsi, həm də ikinci dərəcəli əlildir . 4 aydır ki, Qəndilə xanımın ayağında baş verən çürümə ilə əlaqədər sağ ayağı amputasiya olmuşdur. Hal hazırda himayəsində iki az yaşlı nəvəsi var. Qəndilə xanımın problemini dinliyərkən məlum oldu ki, onun bu xəstəliyi ilə əlaqədar l dərəcəli əlilliyi ala bilməməsidir. Bu məsələ ilə bağlı yaxından maraqlanıb, dəstək olacağmı bildirdim.

25 yanvar saat 11:00 da Ucar rayonu Mədəniyyət evində seçicilərimlə görüşüm olacaq. Bütün Ucarlıları görüşə dəvət edirəm, vacib məsələlərlə bağlı müzakirə aparılacaq.