Parlament seçkilərində qadın deputatlığa namizədlərin sayı məlum olub

179

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadınların sayı məlum olub.

SosialMedia.az-ın məlumatına görə, deputatlığa namizədlərin 299 nəfəri, başqa sözlə, 22,58 faizi qadındır.

Kişi deputatlığa namizədlər isə 1025 nəfərdir. Yəni deputatlığa namizədlərin 77,42 faizi kişidir.

Qeyd edək ki, hazırda 1324 deputatlığa namizəd var.