Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərinin təşəbbüsü ilə Nazirliyin məsul nümayəndələri ilə görüş keçirildi

484

SosialMedia.az xəbər verir ki, fevral ayında Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərinin təşəbbüsü ilə Nazirliyin məsul nümayəndələri ilə görüş keçirilib. Görüşdə Aparat rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov, İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

İclasda İctimai Şura üzvlərinin keçən il ərzində gördüyü fəaliyyətlər barədə məlumat verilməklə yanaşı, son dövrdə ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinin strukturunda gedən dəyişikliklər müzakirə mövzusu olub.

Daha sonra, ölkədə koronavirusa qarşı mübarizədə qabaqlayıcı və hazırlıq tədbirlərinin gücləndirilməsi və İctimai Şura üzvlərinin məlumatlara əlçatanlığının təmin edilməsinin vacibliyi şura üzvləri tərəfindən vurğulanıb.

Səhiyyə Nazirliyinin məsul əməkdaşları İctimai Şura üzvlərini maraqlandıran sualları cavablandırıb.