Səfirlik Türkiyənin koronavirusa görə Ermənistana yardım etməsi barədə məlumatlara münasibət bildirib

234

Türkiyədə yaşayan 70-ə yaxın Ermənistan vətəndaşının ölkələrinə göndərilməsi təmin edilib.

Bu barədə SosialMedia.aza Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan vətəndaşları Gürcüstandan keçməklə ölkələrinə yola salınıb.

“Bundan başqa, hər hansı yardım məsələsi gündəmdə yoxdur”, – deyə məlumatda qeyd olunub.