Koronavirusa yoluxanlar arasında qadınlar çoxdur – TƏBİB

191

“Ölkədə koronavirusa yoluxanlar arasında qadınlar nisbətən üstünlük təşkil edir”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“5 apreldən etibarən karantinə görə yoluxmada azalma müşahidə edirik. Əgər karantinə əməl olunarsa, daha da ümidverici nəticələr gözləyirik. Görülmüş tədbirlər nəticəsində xəstələrin müalicəsində uğurlu nəticələr görmüşük”, – deyə o bildirib.