QHT Şuranın dəstəyi ilə layihəsini davam etdirir

373

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jest dilində məlumatlandırma” layihəsini davam etdirir.

Bu dəfə “Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində , Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin video roliki, Jest dilinə tərcümə olunub.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verib. Onun sözlərinə görə,uşaqların internet təhlükəsizliyi və onun təmin olunması yolları haqqında olan bu məlumatlandırma roliki eşitmə məhdudiyyətli uşaqlar üçün maraqlı və faydalı olacaq.

“Son zamanlar İnternet günümüzün ayrılmaz tələbinə çevrilib.

İnternetdən istifadə etmək hər bir kəsin hüququdur. Bundan düzgün istifadə edildikdə, faydalı ola biləcək bilgilərdən daha çox yararlanmaq olar. Əziz valideyinler uşaqlara nəzarəti itirməyin. Uşaqlara nəzarət etməklə onların vaxtlarının səmərəli keçirməsinə nail ola bilərsiniz. İnternetdən istifadə edərkən vaxta nəzarəti unutmayın ! ”