“Formula-1” Azərbaycanda bu TARİXDƏ keçiriləcək

203

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.

SosialMedia.az saytının Almaniyanın “Bild” nəşrinə istinadən məlumatına görə, yarış 17 mərhələdən ibarət olacaq.

Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.

İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.

“Bild”in açıqladığı təqvim

1-2. Avstriya – 5 və 12 iyul

3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust

5-6. Macarıstan – 16 və 23 avqust

7. Azərbaycan – 6 sentyabr

8. Sinqapur – 20 sentyabr

9. Rusiya – 27 sentyabr

10. Çin – 4 oktyabr

11. Yaponiya – 11 oktyabr

12. ABŞ – 25 oktyabr

13. Meksika – 1 noyabr

14. Braziliya – 8 noyabr

15. Vyetnam – 22 noyabr

16. Bəhreyn – 6 dekabr

17. BƏƏ – 13 dekabr