Azərbaycanda 2279 nəfər koronavirusa yoluxub, 1576 nəfər sağalıb, 28 nəfər vəfat edib

194

Hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından SosialMedia.aza bildirilib ki, həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.