Çarəsi tapılacaq, virus unudulacaq

209

İçində olduğumuz müsibətin insanları heç bir şəkildə məğlub edəcəyinə inanmıram.

SosialMedia.az xəbər verir ki, bunu türkiyəli yazar Alov Alatlı COVİD-19 epidemiyasından danışarkən bildirib.

Yeni tip koronavirus epidemiyasının aradan qalxacağına inandığını söyləyən Alatlı bunları qeyd edib:

“3 gün sonra bunun çarəsi tapılacaq, insanlar virusu unudacaq. Yüz il əvvələ baxın, o qorxulu vəbaları düşünün, heç bir fərqi yoxdur. Hansı səbəbdən olduğu da bilinmirdi. Nə krala baxırdı, nə köləyə – yayılırdı. Virus öz ömrünü tükəndirir, ortadan qalxır, ancaq təəssüf ki, insan oğlu yenə yolunu azır. Dərs çıxarmırlar”.