Sahibkarlar üçün ölkədaxili pulköçürmə komissiyası yarıyadək endirilib

242

“Kapital Bank” 30 sentyabr 2020-ci il tarixinədək hüquqi şəxs və fərdi sahibkarlara ölkədaxili pulköçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib. Bankdan SosialMedia.az-a verilən məlumata görə, bu imkan pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara dəstək aksiyasını çərçivəsində yaradılıb.

Bu aksiya həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan “Müştəri Bank” sistemindən qoşulanlara da şamil olunur.