Şirvanda küçədən kişi meyiti tapılıb

170

Şirvanda küçədən kişi meyiti tapılıb.

SosialMedia.azın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Şirvan şəhərinin Xəqani küçəsində kişi meyiti aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Hüquq-mühafizə orqanları tərəfindən ölən şəxsin kimliyi və hansı şəraitdə öldüyü araşdırılır.