İmtiyazlı xəstələrin dərman preparatları ilə təminatına 204,7 milyon manat xərclənib

192

Keçən il stasionar və ambulator tibb müəssisələrinə imtiyazlı xəstələrin dərman preparatları ilə təminatı üçün 204,7 milyon manat vəsait sərf edilib.

SosialMedia.azın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, bu, 2018-ci illə müqayisədə 11,9 milyon manat və ya 6,2 faiz çoxdur. 

Keçən il İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar “TƏBİB”-in (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) tabeliyində olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin və tibbi avadanlıqların alınması məqsədi ilə 2019-cu ilin dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə isə 89,6 milyon manat vəsait ayrılıb.