Koronaya 5 milyonu qurban verə bilmərik

198

Türkiyə əhalisinin ən azı 50-70 faizi koronavirusa yoluxub, kütləvi immunitet qazanmaqla bu virusa qalib gələ bilər.

Sosialmedia.az xəbər verir ki, bu sözləri türkiyəli həkim İlhami Çelik deyib.

O, belə olan halda 3-5 milyon insanın da vəfat edəcəyini istisna etməyib:

“Lakin bunun nəticəsi çox ağır olar. Türkiyədəki bütün əhali – 83 milyon insan yoluxarsa, 3-5 milyon insan həlak ola bilər. Bütün gücümüzü ağır bədəllər ödəməyək deyə səfərbər edirik.

Səbir etməliyik. Bu epidemiyanın nə qədər davam edəcəyi bəlli deyil. Hətta 2025-ci ili söyləyənlər var. Ən azı 1 ildən çox davam edəcəyini demək mümkündür”.