“Semaşko”dakı görüntülərlə bağlı – Rəsmi açıqlama

533

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) koronavirusdan müalicə alan xəstələrə lazımi diqqətin yetirilməməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Sosialmedia.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Report-a açıqlamasında məsələnin araşdırıldığını və lazımi tədbirlər görüləcəyini deyib.

Məlumat üçün bildirək ki, yayılan görüntülərdə Mərkəzdə müalicə alan bir şəxs onlara gün ərzində cəmi bir ədəd üstü çin dilində yazılı olan adi qrip əleyhinə olan dərman preparatı verildiyini və həkimlərin maraqlanmadığını iddia edir. Xəstə bildirir ki, bütün dərmanları öz vəsaiti hesabına alıb.

O, vəziyyətin gərgin olduğunu və mərkəzdə heç bir aidiyyəti üzrə həkim görmədiyini qeyd edir.