Millət vəkili Fəzail Ağamalının oğlu Qarabağda döyüşmək üçün könüllü qeydiyyatdan keçdi

436

SosialMedia.az xəbər verir ki,Ana Vətən Partiyasının sədri,millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində qeydiyyatdan keçib.

Bu barədə millət vəkili öz profil hesabında paylaşım edib. Millət vəkili qeyd edib ki, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri, oğlum Elçin Ağamalı səfərbərliyə qoşulmaq istədiyini mənə bildirdi. Mən öz xeyir – duamı verdim. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində ehtiyyatda olan zabit kimi könüllü qeydiyyatdan keçdi.

Erməni faşistləri üzərində qələbə gününü bütün əsgər, zabitlərimizlə və səninlə keçirtmək günü nəsibimiz olsun!

Tanrı Yolunuzu açıq etsin!