Azərbaycanla hərbi müqavilələr yenilənməlidir

172

Son hücumlar işğal altındakı Dağlıq Qarabağ bölgəsində deyil, Azərbaycan-Ermənistan sərhədində baş verib.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

O bildirib ki, azərbaycanlı qardaşlarımız bu hücumlara qətiyyətli şəkildə cavab verib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Həm Müdafiə, həm də Xarici İşlər nazirlərimiz, bundan başqa, hər iki ölkənin (Azərbaycan və Türkiyə) kəşfiyyat idarəsinin sədrləri və biz özümüz həmkarlarımızla demək olar ki, hər gün telefon əlaqəsi saxlayırıq. Bu mövzuda bir daha açıq şəkildə Azərbaycanın yanında olduğumuzu bəyan edirəm. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq anlaşması var. Bunlar yenilənməli və əhatə dairəsi genişlənməlidir. Azərbaycanı qara günündə heç vaxt tək qoymarıq”.