Milli Məclisin Sədri: “Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”

143

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Sədr Sahibə Qafarova deyib.

O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, – deyə Milli Məclisin Sədri vurğulayıb.