Rusiya azərbaycanlıları mülki əhalinin artilleriya atəşinə tutulması ilə bağlı bəyanat yayıb

189

Rusiya Azərbaycanlılarının Regionlararsı Assosiasiyası (MAAR) və Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti Azərbaycanın Tərtər və Füzuli rayonları, Gəncə və Mİngəçevir şəhərlərinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc mülki əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, bəyanatlarda Ermənistanın 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğu qeyd olunub.

Rusiya və dünya ictimaiyyəti Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə düzgün hüquqi qiymət verməyə çağırılıb.

Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti (FNCA AzerRos) Rusiyada yaşayan soydaşlarımızı təmkinli olmağa, təxribatlara uymamağa çağırır.

Bəyanatların tam mətni bu linkdə:

http://maar85.ru/slider/313-zayavlenie-konsultativnogo-soveta-mezhregionalnoy-associacii-azerbaydzhancev-rossii.html

http://fnkaa.ru/zayavlenie-fnka-azerros-v-svyazi-s-obstrelom-grazhdanskogo-naseleniya-i-obektov-gorodov-azerbajdzhana/