“Azərsun”da yanğın günlərlə davam etməli idi – Ekspert

344

“Azərsun”da baş verən yanğının səbəbləri dəqiq şəkildə araşdırmalardan sonra müəyyən olunacaq. Lakin qeyd etməliyəm ki, bu cür genişmiqyaslı yanğınlar belə müəssisələr üçün xarakterikdir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğının səbəbləri barədə danışərkən deyib.

Ekspert bildirib ki, bu cür obyektlərdə baş verən yanğına vaxtında ilkin müdaxilə olunmaması, yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması çox genişmiqyaslı yanğınlara gətirib çıxara bilər:

“Təhlükə riski yüksək olan bu cür sənaye müəssilərində yanğın təhlükəsizliyi qaydalarına çox ciddi riayət etmək, müasir texnologiyanın xidmətlərindən faydalanmaq lazımdır. Çünki burada istifadə olunan qurğular, mühərriklər, avadanlıqlar, mexanizmlər, mürəkkəb mühəndis konstruksiyaları, xammal, ehtiyat üçün saxlanılan yanacaqlar oda qarşı çox həssasdır. Zavod, fabrik, istehsal və sənaye müəssisələri, anbarlarda işçilərdən ibarət yanğınsöndürən qrup fəaliyyət göstərməlidir. Bu cür müəssislərdə kimyəvi tərkibli tullantılar, məişət və xammal tullantıları eyni yerə atılmamalıdır. Bunların daşınması xüsusi qaydada həyata keçirilməlidir”.

E.Nurəliyev deyib ki, “Azərsun”da baş verən yanğının hündürlüyü, yüksək istilik, partlama təhlükəsi olduqca yüksək idi:

“Bu cür yanğınları söndürmək peşəkarlıq tələb edir. Hətta yanğın bir neçə gün davam edə bilərdi. FHN tərəfindən çox peşəkar yanaşma oldu. Bu cür genişmiqyaslı yanğında insan tələfatının olmaması da böyük uğurdur”.