Mədə xərçəngi və onun əlamətləri-Özəl

105

Sosialmedia.az/// Mədə xərçənginin əlamətləri: – Mədə xərçənginin genetik faktoru da var. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, xəstəlik E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.

Əlamətləri necə başlayır?

1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalı, mədə divarını qorumalıdır.

2. 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, iştahsızlıq ola bilər

3. Qan azlığı, anemiya baş verir

4. Çəkinin səbəbsiz itməsi

5. Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi

6. Şiş böyudükcə mədə divarı elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərə bilər.

7. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir.

8. Epiqastral nahiyədə ağrı kürəyə vurur

9. Fontan şəklində qəfil qusma

10. Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s

Nə etməli:

35 -40 yaşdan sonra 3 ildən bir mədənin endoskopik zondla yoxlanmasından keçmək, helibakteri testi edilməli.

Müasir endoskoplar 115 dəfə böyüdücü optikaya malik olduğundan, hətta 3 mm olan şişləri də görmək mümkündür.

Tədqiqatın nəticələri göstərib ki, xəstə nə qədər gənc yaşda mədə xərçənginə tutulursa, onun simptomları bir o qədər gec özünü göstərir, tez yayılır, sürətlə kəskinləşir və standart müalicələrə az tabe olur.

Mayo Universitet alimləri 1973-2015-ci illər dövrü üçün 75 225 nəfər mədə xərçəngi xəstəsinin məlumat bazasını təhlil edib. Hazırda mədə xərçəngi üçün yaşlı adamlarda orta yaş 66-68 yaşdır. Amma bu yaşda diaqnoz olunanlar azalır, amma 35-55 yaş arasında xəstələnənlər isə artır.

Hər 3 nəfər mədə xərçəngi aşkarlanan xəstənin 1-i gənc yaşda xəstədir.

Ona görə alimlər mədənin endoskopik müayinəsinin vacibliyini 40-50 yaşda yox, daha irəli çəkməyi vacib hesab edir.

Yəni əgər sizin 25-30 yaşda mədənizdə problemlər, yara, xora varsa, siz 1 ildən bir zondla müayinədən keçib o hissəni nəzarətdə saxlamalı, selikli divarı zədələyən, aşılayan qidalardan, içkilərdən uzaq durmalısız.

Mədə xərçəngi diaqnozu qoyulan kimi mədə əməliyyat olunur, hətta bəzən orqan tam götürülür, ətraf limfalar, qida borusu dəyərləndirilir. Çox zaman metastaz qida borusu, ağciyərlərə və bağırsaqlara keçə bilir. Ona görə tam KT, MRT mütləqdir.

Xəstənin yaşından, orqanizmindən çox şey asılıdır. 65 yaşdan yuxarı insanların müalicəsinin 5 illik yaşama şansı verməsi çətindir.