Aygün Əliyeva : “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın digər regionlarında da konfranslar həyata keçiriləcək- Özəl

99

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar, “Heydər Əliyev İli” çərçivəsində ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının 250 nəfər nümayəndəsinin bu gün Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

Eyni zamanda Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib.

Sosialmedia.az xəbər verir ki, konfrasnda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda demokratik islahatların banisidir, eyni zamanda vətəndaş quruculuğunda onun əvəzsiz xidmətləri var: “Vətəndaş quruculuğu sahəsində qanun və normativ sənədlərin qəbulu məhz Ümummilli liderin adı ilə bağlıdır. Bu konfransın Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Azərbaycana və dünyaya Heydər Əliyevi bəxş edən qədim bir diyardır. Və bu tipli konfranslar, simpoziumlar ilboyu Azərbaycanın digər regionlarında da həyata keçiriləcək, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elanı da nəzərdə tutub”.