Sevdiyi qızın evinə gedərək dava salıb-Özəl

134

Sosialmedia.az xəbər verir ki, Gəncədə sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb.

Şəhər sakini 2 ildən artıqdır sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb.

Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib.

Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.